Çində koronavirusa yoluxanların sayı 17205 nəfərə, ölənlərin sayı 361-ə çatıb

214

Çində koronavirus qurbanlarının sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirus qurbanlarının ölkə üzrə ümumi sayı 361 nəfərə çatıb. Çində yeni pnevmaniyaya yoluxanların da sayı çoxalıb. Hazırda ölkədə 17205 nəfər bu virusun daşıyıcısıdır.

Qeyd edilir ki, 475 nəfər sağalıb. Xəstələrdən 2296 nəfərinin vəziyyəti ağırdır. Ölkədə ümumilikdə xəstəliyə yoluxma ilə bağlı 21558 hal qeydə alınıb.

Daha əvvəl bildirilirdi ki, Xubey əyalətində daha 2103 nəfər 2019-nCoV koronavirusuna yoluxub

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər