Çindən gələn 7 azərbaycanlı koronavirusa görə xəstəxanaya yerləşdirildi- SİYAHI

237

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

“Report”a daxil olan açıqlamada bildirilib ki, hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7 nəfər var.

Məlumata görə, Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

Digəri Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır, heç bir şikayəti yoxdur. Analizləri götürülüb, müayinə olunacaq.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən başqa bir şəxs Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Onun da hərarəti normaldır heç bir şikayəti yoxdur.

Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı da xəstəxanaya yerləşdirilib. Heç bir şikayəti yoxdur. Xəstələrlə əlaqəsi olmayıb.

Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək .

Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı hərarəti normaldır. Həkimlər tərəfindən müayinə olunub, hazırda səhhətində problem yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər