CORAT QƏSƏBƏSINDƏ GƏNCLƏRLƏ GÖRÜŞ

769

Sumqayıt şəhərinin 60 illik yubileyi çərçivəsində Gənclər və İdman Baş İdarəsi İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi üzrə İcra Nümayəndəliyi və qəsəbə Bələdiyyəsi ilə birgə 20 oktyabr 2009-cu il tarixində 7 saylı orta məktəbin akt zalında qəsəbədə yaşayan gənclərin bir qrupu ilə görüş keçirib.
Orta məktəbin direktoru Vahid Fərəcov tədbiri keçirilməsi məqsədi barədə görüş iştirakçılarına məlumat verib.Gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində həyata keçirilmiş tədbirlər barədə məlumat verən Baş İdarənin rəisi Musa Həsənov bu tədbirlərdə qəsəbə gənclərinin daim fəal iştirak etdiklərini təqdirəlayiq hal kimi vurğulayıb. O, dövlətin gənclər və idman siyasətinə göstərdiyi diqqət və qayğısı sayəsində Sumqayıt gənclərinin və idmançılarının müxtəlif sahələrdə əldə etdiyi uğurulardan danışıb. Baş İdarənin rəisi İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyevin rəhbərliyi altında şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin gənclər tərəfindən də razılıqla qarşılandığını qeyd edib.Corat qəsəbəsi üzrə İcra Nümayəndəsinin müavini Rahib Abbasov və qəsəbə Bələdiyyəsinin sədr müavini Rahim Qulaməliyev son illər qəsəbədə həyata keçirilmiş tədbirlər barədə görüş iştirakçılarına müfəssəl məlumat veriblər. Onlar qəsəbənin inkişafının və onun sakinlərinin rifah halının yüksəldilməsinin şəhər rəhbərliyinin diqqət mərkəzində olduğunu bildiriblər.Sonra görüş iştirakşılarıını sualları cavablandırılıb.

Sonda Baş İdarənin rəisi İdarə tərəfindən hazırlanmış “Sumqayıt gəncləri 1995-2005-ci illərdə” kitabını və “Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan gənclərin vəziyyəti haqqinda hesabat”ı 7 saylı orta məktəbin direktoru V.Fərəcova təqdim edib.
Rüstəm Sadıqzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər