Çörək yeməyi tərgitməliyik, tərkibi zərərlidir – Məşhur həkimdən dəhşətli açıqlama

394
Müasir çörəklər, ən bahalısından tutmuş adi zavod çörəyinə kimi yeni maya ilə hazırlanır. Bu mayadan hazırlanmış çörəyi yedikdə, o bizim qanımıza keçərək, çoxalmağa başlayır və bizim vitamin, mineral, zülal ehtiyatımızı dağıdır. Əvəzinə isə öz toksinlərini qanımıza buraxır.
Bu sözləri Rusiyanın məşhur həkimi, tibb elmləri namizədi Viktor Xruşev deyib. O, artıq özü də gündəlik menyusundan çörəyi çıxarıb.
“Maya orqanizmə parazit kimi hücum edir. Maya çörəyin içində bişəndə yapışqan kimi kapsulaya çevrilir. Bu kapsullar bağırsaqda açılır və bağırsağın selikli qişasına yapışır. Nəinki bağırsaqda, həmçinin qanın plazmasında yaşayaraq, sürətlə sərbəst çoxalırlar. Nəticədə müxtəlif toksiki zəhərlənmələr, göbələk xəstəlikləri, immunitet zəifləməsi, xroniki xəstəliklər yayılır. Əgər indi mayalı xəmir yeməyi tərgitsək, yalnız 5 ildən sonra qanın plazmasındakı maya təmizlənə bilər.
Ötən əsrin 40-cı illərinə kimi çörəkdə tamam başqa maya istifadə olunurdu. Ona görə müharibə və aclıq dövrünün insanları çətin şəraitə baxmayaraq daha sağlam və uzun ömürlü idilər. Həkim nədir biıməzdilər. O mayanı “xmelevim” adlandırırdılar. O, insanın simbiotik mikrflorasını dağıtmırdı, faydalı bakteriyaları öldürmürdü, xəmir bu mayada 1 sutkaya gəlirdi.
Sonrakı illərdə çörək istehsalı artdığından istehsal prosesini asanlaşdırmaq üçün termofil maya icad olundu ki, bu mayada xəmir 1 saata gəlir.
Bu maya insanın simbiotik mikroflorasını dağıdır, yoğun bağırsaqda faydalı bakteriyaları öldürür, bununla da vitamin, amin turşuları, bioloji aktiv maddələrin sintezi zəifləyir. Mayadan 500 növ göbələk yaranır ki, onun 30-u insan üçün ölümcüldür.
Hazırda dünyada 80% böyüklər, 95% uşaqlar arasında göbələk xəstəlikləri artıb. Bu xəstəlikləri müasir aptek dərmanları da sağalda bilmir.
QOST təlimatına görə çörəkbişirmə müəssisələrində istifadə olunan presslənmiş mayanın hazırlanması üçün aşağıdakı materiallar istifadə olunur:
-Pivə istehsalında istifadə olunan solod
-Kartof nişastası
-Duz
-Ammiak
-Ammoniy
-Fosfomin
-Kaliy
-Karbamid
-Maqniy
-Süd turşusu
-Tiamin bromid
-Biotin
-Köpük verici maddə
-Plastifikator
-Formalin
-Emulqator
-Poliqliserin efiri
-Soda
-Bor turşusu
-Hidrogen peroksid
-Pambıq və tənzif
Bütün bunlar maya yetişdirilməsi üçün lazım olan maddələr, kimyəvi mühitdir. Maya isə göbələkdir.
Uşaqlarda körpəlikdən baş qaldıran immunitet zəifliyi, allergik xəstəliklər, mədə-bağırsaq pozulmalarının səbəbini çox yerdə axtarırsız, amma masanın üzərində olan çörəyi görmürsüz.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər