Cümhuriyyətin 100-cü yaşında barışdılar… – Foto + Video

1108

Ötən gün xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva arasında barışıq olub.  “Qafqazinfo” xəbər verir ki, hər iki məşhur müğənni Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən konsertdə bir araya gəliblər. 

Cütlüyün barışıq fotosunu Aşıq Samirə Əliyeva instaqram səhifəsində paylaşıb.  Paylaşımda səmimi görünən sənətçilərin barışdıqları təsdiq olunub.

Bundan əlavə, gecədə A. Kazımova ilə əməkdar artist Tünzalə Ağayeva arasında soyuq münasibətlər sona çatıb.  Belə ki, sonda səhnəyə çıxan sənətçilər arasında Tünzalə ilə Aygün yan yana durub.  Sosial şəbəkələrdə yayılan videoda onların tez-tez söhbət etmələri diqqətdən yayınmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər