Dağıstanlıların zorlamaqla hədələdiyi müğənni konsertini təxirə saldı

1317

Rusiyalı müğənni Yeqor Kridin Dağıstandakı konserti yerli sakinlərin təhdidlərindən sonra təxirə salınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Black Star leyblın Instgram akkauntunda məlumat verilib.

“Son vəziyyəti nəzərə alaraq, biz konsertdə iştirak etmək istəyən insanların təhlükəsizliyini riskə atmaq istəmədik. Yaranmış vəziyyətə görə təəssüf edirik və ümid edirik ki, leyblın artistləri Dağıstanda yaxın gələcəkdə çıxış edə biləcəklər”, – məlumatda deyilir.

Bundan əlavə leyblın digər artisti Doninin sentyabrın 8-də Kaspiysk şəhərində planlaşdırılmış konserti də ləğv edilib.

Xatırladaq ki, Mahaçqalada konsertlə çıxış etməyi planlaşdıran E. Kridi təhdid yerli sakinlər tərəfindən olunub. Bir neçə gün öncə sosial şəbəkələrdə bəzi istifadəçilər konsertin təxirə salınmayacağı təqdirdə, müğənniyə hədə-qorxu gələrək onu zorlayıb öldürəcəklərini bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər