Dədə Qorqud meydanında yenidənqurma işləri aparılır

816

Sumqayıt şəhər İcra hakimiyyətindən verilən məlumata görə, ümumi sahəsi 5866 kvadrat metr olan Dədə Qorqud meydanında hazırda yenidənqurma işləri aparılır. Yenidənqurulma işlərinə başlanılan ərazinin ümumi sahəsi 3864 kvadrat metrdir. Bundan əlavə meydanda mövcud olan köhnə hovuz sökülərək yeni hovuzla əvəz edilir. Hazırda hovuzun betonlanması işləri həyata keçirilir. Qeyd edək ki, yeni fəvvarə 120 m2 ərazini əhatə edəcək. Ərazidə yeni işıqlanma dirəkləri quraşdırılacaq, oturacaqlar yerləşdiriləcək. Ərazinin 1769 m2 sahəsində yaşıllıq salınacaq, 1593 m2 sahəsinə isə tamet döşənəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər