Dəhşətli qəza: 3 ölü, 3 yaralı

767

Sumqayıt şəhər sakinləri Xaçmazda qəzaya düşdülər

İyunun 17-si axşam saatlarında Xaçmaz rayonu ərazisində 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, qəza Gəndob-Yalama yolunun 14-cü km-də, Xaçmazın Çarxı kəndi ərazisində qeydə alınıb.

Şabran rayon sakini, 1983-cü il təvəllüdlü Babayev Zamiq Şirin oğlunun idarə etdiyi 10 SR 742 dövlət nömrə nişanlı, “VAZ-21010” markalı avtomobil magistral yola çıxarkən Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan, Kürdəmir rayon sakini, 1985-ci il təvəllüdlü Zeynalov İntiqam Tahir oğlunun idarə etdiyi 90 XE 205 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı maşınla toqquşub.

Toqquşma baş verən zaman Xaçmazdan Bakı istiqamətində hərəkətdə olan, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əliyev Vəliyyədin İslam oğlunun idarə etdiyi 10 FC 137 dövlət nömrə nişanlı, “QAZ-24” markalı qəzaya uğrayan avtomaşınlara çırpılıb.

Qəza nəticəsində “QAZ-24”-ün sürücüsü, onun oğlu, 2008-ci il il təvəllüdlü İsmayıl Əliyev və qaynı, 48 yaşlı Məhəmmədəli Məmmədov dünyasını dəyişib.

Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar “QAZ-24”-ün sərnişinləri – Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Sara Əliyeva, Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Əliyeva Fəridə Babalar qızı və “Hyundai Sonata”-nın sürücüsü Zeynalov İntiqam Tahir oğludur.

S. Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, “VAZ-21010” markalı avtomaşının sürücü və sərnişinləri hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. LENT.az , Nizam Rza 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər