Deputatlar Sumqayıt idmançıları ilə görüşdü -FOTOLAR

649

Artıq bir neçə gündür ki, Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə Milli Məclisin deputatlarının və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunur.
Həyata keçirilən silsilə görüşlər çərçivəsində növbəti tədbir təşkil olunub.  Sumqayıt şəhər idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təşkil edilmiş görüş Gənclər Evində baş tutub.  Görüşdə millət vəkilləri Muxtar Babayev, Tahir Mirkişili, paralimpiyaçı cüdoçu İlham Zəkiyev və şəhərin tanınmış idmançıları iştirak edib.
Millət vəkilləri çıxışlarında son aylarda neftin qiymətinin aşağı düşməsi fonunda dünya iqtisadiyyatında baş verən proseslərə toxunub. Baş verən hadisələrin ölkə iqtisadiyyatına təsir etdiyini vurğulayan millət vəkilləri qeyd edib ki, hökumət yaranmış vəziyyətə çevik reaksiya verib, böhranın təsirini azaltmaq üçün geniş proqramın hazırlanmasına başlanılıb. Qeyd olunub ki, prezident İlham Əliyevin təşəbbüsü ilə atılan addımlar sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasına, mövcud problemlərin həllinə yönəlib.
Görüşdə idmançıları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb, idmançıların sualları cavablandırılıb.(sumqayitxeber.com)

Fotolar: Xəqani Əzizova məxsusdur









www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər