Dövlət himninin həcmi azaldılsın – TƏKLİ

1518

Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi bilsinlər.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Millət vəkili dövlət himninin həcminin azaldılmasını təklif edib:

“Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri iki dəqiqə səsləndirilir. Ancaq bizdə dövlət himni dörd dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır.

Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet İttifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.

Millət vəkili Fəzail İbrahimli isə bu məsələdə ehtiyatlı olmağı, milli atributlara toxunmamağı tövsiyə edib:

“Başqa məsələlərlə oynamaq olar. Amma bu məsələ ilə yox. Bundan yan keçin”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər