Dövlət Kamera Orkestri Sumqayıtda konsert proqramı ilə çıxış edib

867

Dünən Qara Qarayev adına Azərbaycan Respublikası Dövlət Kamera Orkestri Sumqayıtda konsert proqramı ilə çıxış edib. Konsert Sumqayıtın 60 illik yubiley tədbirləri çərçivəsində həyata keçirilib. Səməd Vurğun adına Mədəniyyət Sarayında baş tutan konsertdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı cənab Vaqif Əliyev və şəhər ictimaiyyəti iştirak edib. Konsertdə Orkestr şəhər Bülbül adına 2 saylı Musiqi Məktəbinin müəllim və şagird heyəti ilə birgə çıxış edib.

Qeyd edək ki, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Otkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Respublikanın xalq artisti Nazim Rzayev olub. 1998-ci ildən orkestrə Respublikanın əməkdar incəsənət xadimi Teymur Göyçayev rəhbərlik edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər