DTX-nın tutduğu baş redaktordan YENİ XƏBƏR

1052

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun ( İkram Rafiqoğlu) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətində onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsət Abbasovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Cinayət işi üzrə 6 zərərçəkən var.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlu tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup  şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər