Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi Almaniyanın sabiq Kansleri ilə görüşüb

1775

Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi, Almaniya Azərbaycanlı Gənclər Birliyinin (AAGB) rəhbəri Elnur Richter Almaniyanın sabiq Kansleri cənab Gerhard Şröder ilə görüşüb.

Gün.Az xəbər verir ki, görüş zamanı AAGB-nin prezidenti rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında danışıb.

Həmçinin, xalqımızın mədəni irsinin Almaniyada təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri barədə ətraflı məlumat verib.

Gerhard Şröder eyni zamanda, tarixi baxımdan olduqca qısa bir müddətdə Azərbay­canın müs­tə­qil döv­lət ki­mi bü­tün dün­ya­da ta­nı­nmasında və dün­ya bir­li­yin­də öz la­yiq­li ye­ri­ni tutmasında əldə etdiyi misilsiz nəaliyyətlərini vurğulayıb.

Görüşün sonunda G.Şröderə Heydər Əliyev Fondunun “Azərbaycan” adlı kitab silsiləsini hədiyyə edib.

Fidan Əliyeva
Gün.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər