Dünya şöhrətli sumqayıtlı idmançı dördüncü dəfə dünya çempionu titulu ilə ləqəbini təsdiq edib

901

Bugünlərdə Serbiyanın Belqrad şəhərində karatenin VKF növü üzrə keçirilən XX dünya çempionatına qatılan Azərbaycan milli komandası uğurla çıxış edib. Milli komandanın baş məşqçisi Rəhman Hətəmovun verdiyi məlumata görə, 100 ölkədən 2 min idmançının qatıldığı dünya çempionatında ölkəmizi 11 idmançı və iki hakim təmsil edib. Həm təkbətək, həm də komanda yarışlarında iştirak edən komandamız ilk turlarda zəfər qazana bilib.

Şəxsi yarışlarda 75 kq-lıq çəki dərəcəsində tatamiyə çıxan Rafael Ağayev 4-cü dəfə dünya çempionu titulunu qazanıb. Beynəlxalq yarışlara ilk dəfə qatılan Şahin Hətəmov bürünc medal alıb. Beləliklə, Azərbaycan karate tarixində ilk dəfə olaraq VKF növü üzrə keçirilən yarışda qələbə qazanıb.

Azərbaycanlı karateçilər komanda yarışlarında Liviya, İsveçrə, Türkiyə, Bosniya, Sloveniya komandaları üzərində əhəmiyyətli qələbə qazanaraq finala qədər çıxıblar. Finalda isə onları Serbiya yığma komandası qarşılayıb. Azərbaycanlı idmançılar ciddi mübarizə aparsalar da hakimlərin qeyri-obyektivliyinin qurbanı olublar. Hakimlər finalda qələbəni “ev sahibinə”-Serbiyaya veriblər.

Buna baxmayaraq komandamızın çıxışını uğurlu hesab eymək olar.

Rafael Ağayev, Niyazi Əliyev, Rəşad Hüseynov, Sənan Əliyev, İsrafil Şirinov, Amal Atayev, Şahin Hətəmov çox gözəl çıxış ediblər. Karateçi qızların içində də yaxşı nəticə göstərən idmançılar olub. Yarışmada  həmçinin iki hakimiz  beynəlxalq hakimlik dərəcəsi alıb.

“Biz öz qələbələrimizlə sübut edirik ki, məktəbimiz çox güclüdür. Ona görə ki, bizim bünövrəmiz olub. Bizim Assosiasiyanın rəhbəri Ülvi Quliyev həmin məktəbi qurub, onun başçılığı ilə bizim gözəl idmançılarımız, məşqçilərimiz olub. İdmançılardan Füzuli Müsayev, Əhməd Hətəmov, Yaşar Bəşirov, Mirəli Seyidov və digərlərini nümünə kimi çəkə bilərəm” – deyə baş məşqçi deyib.

Qeyd edək ki, karatenin VKF növü Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan yeganə qeyri-olimpiya növüdür. Beynəlxalq Olimpiya Komitəsi hazırda idmanın bu növünün olimpiya oyunlarına buraxmaq barədə müzakirələr aparır və 2012-ci ildə bu məsələnin həllini tapacağı gözlənilir.

Fəxrlə qeyd edə bilərik ki, dördüncü dəfə dünya çempionu olmuş sumqayıtlı Rafael Ağayev karatenin bu növü üzrə dunya “ulduzu” sayılır. Bu vaxta qədər R.Ağayev üç dunya çenpionatında  dalbadal qızıl medal qazanıb, 8 dəfə Avropa çempionu olub və dünyanın ən güclü karateçisi kimi tanınır. Hətta dunya Karate Fedrasiyasının Prezidenti Antoni Spenioz R.Ağayevi “karatenin birliyantı” adlandırıb.

Bu gün dünyada R.Ağayev ən tələb olunan idmançıdır. Bütun dünya  ölkələri R.Ağayevi “master-klass” keçmək üçün seminarlara dəvət edirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər