Dünya təhükədədir?

849

Çelyabinsk, Sverdslok və Tümendə məktəblərdə tətil edilib.

Rusiyanın üç ayrı bölgəsi və Qazaxıstanda təsirli olan meteroit yağışı səbəbi ilə 514 nəfər yaralanıb, Çelyabinsk, Sverdslok və Tümendə məktəblərdə tətil edilib. Yaralıların böyük əksəriyyətinin qırılan şüşələrdən xəsarət aldığı bildirilib. Rusiya Fövqəladə hal Nazirliyi səlahiyyətliləri meteorit parçalarının şok dalğa meydana gətirdiyini və səs bombası kimi binaların damlarının yıxılmasına və şüşələrin qırılmasına səbəb olduğunu açıqlayıb. Movqe.az xəbər verir ki, Ural Bölgəsi Dövlət Universiteti iki günlük təhsilə ara verib, binanın damının tamamilə yıxılmadığı, qismən zərər gördüyü qeyd edilib. Çelyabinsk bölgəsində bəzi xəstəxanalar və idman kompleksləri də zərər görüb.
Rusiya səmalarında təsirli olan meteoritin tək hissə, yoxsa çox sayda kiçik parça meteroitlərdən ibarət olması ilə əlaqədar araşdırmalar davam edir. Rusiya Fövqəladə hal Nazirliyi Mətbuat Spikeri Yelena Smirnih, “Fərqli məlumatlar göstərir ki, meteroit dünya atmosferinə girəndə parçalanıb və kiçik parçalar halında düşüb.” deyib.
Avropa Kosmos agentliyindən (ESA) edilən şərhdə, bu gün Rusiyaya düşən meteoritin, 2012 DA14 astroidinin parçaları olmadığını açıqlayıb. ESA-nın şərhinə görə Rusiyaya düşən meteoritlər DA14-lə əlaqəli deyil. 50 metr diametrindəki DA14-ün 27 min kilometr məsafədən keçməsi nəzərdə tutulur. NASA-ya görə astroidin dünyaya dəyməsi halında 1945-ci ildə Xirosimaya atılan bombanın min qatı daha böyük bir təsir meydana gətirəcəyi təxmin edilir./xezerxeber.com/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər