Menu
Geri İrəli

ABŞ aviaşirkətindən ilk: Təyyarə qadınlara tapşırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2017 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur
Share Button

ekipajABŞ-ın “Southwest Airlines” aviaşirkətinə məxsus, tamamilə qadın heyət üzvlərindən ibarət təyyarə ilk reysini edib.

Оxu.Az bu barədə şirkətin “Twitter” hesabına istinadən xəbər verir.

“Southwest Airlines” reysin göndərilməsindən əvvəl çəkilmiş fotonu yayımlayıb. Qeyd edilir ki, “Boeing-737″ Sent-Luisdən San-Fransiskoya uçub.

Sərnişinlərə dörd bələdçi xidmət edib. Təyyarəni idarə etmiş iki pilot da qadındır.

“Twitter” istifadəçiləri bununla bağlı şərhlərdə “Southwest Airlines”in nailiyyətini yüksək qiymətləndiriblər.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsinin məlumatlarına əsasən, 2016-cı ildə lisenziyaya malik olan 584 minə yaxın pilotdan təxminən 39 min nəfəri qadın olub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın