Menu
Geri İrəli

ABŞ Dövlət Departamenti: Diplomatların ailə üzvləri Türkiyəni tərk etsinlər

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2016 • Baxış sayı: 571 dəfə • Şərh yoxdur
abşABŞ Dövlət Departamenti İstanbul və Ankarada fəaliyyət göstərən ABŞ diplomatlarının ailə üzvlərini Türkiyəni tərk etməyə, habelə ölkənin cənub-şərq bölgəsinə səyahət etməməyə çağırıb.
 
Musavat.com “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmi saytında bu barədə deyilir:  “Dövlət Departamenti bu hadisələrin (baş tutmayan hərbi çevrilişin) ölkənin təhlükəsizliyi ilə bağlı ümumi situasiyaya təsirini diqqətlə izləməkdə davam edir və ABŞ vətəndaşlarına Türkiyəni ziyarət etmək planlarını yenidən gözdən keçirməyi məsləhət görür”.
“Dövlət Departamenti ABŞ vətəndaşlarını Türkiyədə terrorçu təşkilatlar tərəfindən gələ biləcək təhdidlər barədə məlumatlandırmaqda davam edəcək” - deyə departamentin məlumatında vurğulanır.
Xəbərdə ABŞ Dövlət Departamentinin bu qərarının Türkiyədə 90 günlük fövqaladə vəziyyət rejiminin elan edilməsindən sonra verildiyi bildirilir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın