Menu
Geri İrəli

AKP zəfərini qeyd edir… – Yenilənib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Noyabr 2015 • Baxış sayı: 209 dəfə • Şərh yoxdur

thumbs_b_c_5f973936f1f2bb9a385ae9373ae713d1

Türkiyədə keçirilən seçkilərin ilkin nəticələri məlum olub.

Türkiyə daxilində açılan qutuların 69,20 faizi hesablanıb.

AKP 51,64 faizlə iqtidarı tək əlinə almağı bacarıb. CHP 23,03 faiz, MHP 11,55 faiz, HDP 10,46 faiz səs toplayıb.

Səslərin hesablanması davam etdirilir.

***

Türkiyədəki seçkilərdə səslərin 83, 46 faizi hesablanıb. Səslərin sayına görə, AKP liderdir. Onun tək başına hökuməti qurmaq şansı daha çoxdur.

***

Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilərdə səslərin hesablanması başa çatmaq üzrədir. Səslərin 93,31 faizi sayıldıqdan sonra AKP 49,57 faiz səslə liderliyini davam etdirir.

***

Türkiyədə səslərin 96 faizi hesablanır. MHP, CHP və HDP-nin faiz göstəriciləri aşağı düşüb. AKP 49, 38 faiz səslə qalib gəlir. Baş nazir Əhməd Davudoğlu eyvan çıxışına hazırlaşır.

***

Türkiyədəki seçkilərdə APK qalibiyyətini siğortalayıb. Seçki prosesini baş nazir Əhməd Davudoğlu Konyadan izləyib. Baş nazir seçkilərdə bağlı ilk açıqlamasını sosial şəbəkədən edib. Davudoğlu “əlhəmdulillah” yazaraq qalibiyyətlərini elan edib.

***

Baş nazir Əhməd Davudoğlu Konyada eyvan çıxışını edib:

“Sizə arxamızı heç vaxt dönmədik. Türk milləti bizə lazımdı. Bu zəfər millətimin zəfəridi, Allah sizi qorusun”.

***

Türkiyədə seçki nəticələrin açıqlanmasına az qalıb. Son məlumata görə, səslərin 98,01 faizi hesablanıb. AKP yenə də liderliyini 49,35 faiz səslə qoruyur. Baş nazir Əhməd Davudoğlu eyvan çıxışı üçün Konyadan paytaxt Ankaraya yola düşüb.

***

Türkiyədə parlament seçkilərinin nəticələri artıq açıqlanır. Son səslərin hesablama prosesi gedir. Hakim partiya 49,38 faizlə qalib gəlib. Digər diqqət çəkən məqam isə kürtlərin partiyası HDP 10,69 faiz səslə bariyeri aşıb.

Türkiyədə artıq 99,53% seçki qutusu açılıb. Sayılan nəticələrə görə, AKP 49,4 faizlə liderlir. CHP 25,39, MHP isə 11, 93 faiz səsləri bölüşürlər. Artıq AKP öz zəfərini qeyd etməyə başlayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın