Menu
Geri İrəli

Ankarada güclü partlayış: 30 ölü, 126 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2015 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

adb2bd7513e21821be8768af338ad0fcİlkin ehtimala görə, hadisəni bədəninə partlayıcı bağlamış terrorçu törədib

Bu gün Ankarada baş verən dəhşətli partlayışda ölənlərin sayı 30-a çatıb. Lent.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatda daha 126 nəfərin yaralandığını bildirib.

Hadisədən sonra ərazidəki mitinq təxirə salınıb. Hadisəni araşdırmaq üçün 5 prokuror ayrılıb.

İlkin ehtimala görə, hadisəni bədəninə partlayıcı bağlamış terrorçu törədib.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

***

12:45

Bu gün Ankarada törədilən partlayışlar nəticəsində xeyli insanın öldüyü bildirilir. Bu barədə “Doğan” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, həmkarlar ittifaqları üzvlərinin toplaşdığı yerin yaxınlığında – körpünün altında partlayışın törədilməsi nəticəsində yaralananlardan bəziləri artıq dünyasını dəyişib.

***
12:42

Türkiyənin paytaxtı Ankara şəhərində bəzi həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, KESK, DİSK, TMMOB və TTB həmkarlar təşkilatları bu günə “Barış Mitinqi” təyin edib. Mitinqə qatılmaq üçün Gənclik Parkında insanları toplaşmağa başlayarkən ardıcıl 2 partlayış baş verib. Çoxlu sayda insanın yaralandığı xəbər verilir. Hadisə yerinə ambulanslar göndərilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın