Menu
Geri İrəli

Arvadına sataşanı öldürüb yeni aldığı torpaq sahəsində basdırdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2017 • Baxış sayı: 700 dəfə • Şərh yoxdur
Share Button

hebs_0236Türkiyənin İzmir şəhərində bir təriqətdən ayrılıb, müəllimlik etdiyi və qadınlara təcavüz etdiyi iddiasıyla öldürülüb, bir qrup şəxs tərəfindən tarlada basdırılan Tuncay Güngörün prosesində 15 il azadlıqdan məhrum edilən şübhəli barədə bəraət qərarı çıxarılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, müvəkkilinin təqsirsizliyini ortaya çıxaran vəkilin açdığı təzminat iddiasında Aykut Köksaldıya 35 min lirə təzminat verilməsi barədə hökm verilib.

TƏFƏRRÜAT

 Ayaqqabı emalatxanası sahibi olan 49 yaşlı iki uşaq atası Tuncay Güngör 2008-ci ildə yoxa çıxmışdı. İstintaq sonunda Tuncay Güngörün iş və yoldaşlıq əlaqəsi olan 13 adam dindirilib və şübhəlilərdən bəziləri cinayəti etiraf edib. Tuncay Güngörün döyülərək öldürülüb, Balıkəsirdə bir müddət əvvəl aldığı əkin sahəsində basdırıldığı ortaya çıxıb. İddiaya görə bir təriqətdən ayrılan Tuncay Güngör öz dini icmasını qurub. Güngör 2008-ci ildə M. Ö. adlı qadın müridinə təcavüzə cəhd edib. Qadın hadisəni ərinə deyincə Güngörün daha 7 qadına təcavüz etdiyi məlum olub. 7 qadının həyat yoldaşı daxil 13 camaat üzvü Güngörü linç edib. Öldürülən Güngör iki şəxs tərəfindən Balıkesir Susurlukda basdırılıb. Hadisə ilə əlaqədar 13 adam həbs olunub.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın