Menu
Geri İrəli

Astana görüşündən sonra nələr olacaq? – Ekspert rəyi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Yanvar 2017 • Baxış sayı: 305 dəfə • Şərh yoxdur

arzuMilli.Az xəbər verir ki, bunu bakipost.az-a politoloq Arzu Nağıyev Astana görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, müəyyən irəliləyişlər olsa da, bütün Suriyada tam şəkildə sülh bərqərar ola bilməz: “Rusiyanın təşəbbüsü, Rusiya və Türkiyənin birgə razılığı ilə Suriya probleminin həlli və orada sülhə nail olmaqla bağlı Astanada görüş keçirilir. Görüş bu gün başlayıb. İki gün davam edəcək. Əslində görüşün vaxtı daha əvvələ salınmışdı. Amma Tramp administarsiyasını, ABŞ nümayədənlərini də dəvət etmək üçün görüş Trampın andiçmə mərasimindən sonra keçirildi. Halbuki, ABŞ görüşdə məhz səfir səviyyəsində təmsil olunur.

Astana görüşü zamanı müəyyən qədər irəliləyişə nail olmaq mümkündür. Yəni istər müxalifət, istərsə də iqtidar səviyyəsində müəyyən irəliləyiş ola bilər. Amma bu, o demək deyil ki, bütün Suriyada tam şəkildə sülh bərqərar olacaq”.

Arzu Nağıyev bildirib ki, qərbin və ABŞ-ın inhisarında olan bir sıra qruplar bu görüşdə iştirak eləmir: “Əsas iştirakçılar İran, Rusiya Türkiyədir. Bu üç ölkənin hər birinin özəl maraqları var.
İran nə olursa-olsun ərəblərdən qorunmaq üçün Əsəd rejiminin saxlanmasına diqqət göstərir, Türkiyə kürd dövlətinin yaranmaması üçün PKK və PYD iştirakının orada olmamasını arzulayır, Rusiya tam şəkildə həm iqtisadi, həm siyasi, həm də hərbi güc əldə etmək üçün bu görüşləri təşkil edir.

ABŞ bu görüşdə təmsil olunmasa, görüş müsbət tərəfə yönələ bilməz.

Həmçinin İŞİD və PKK burada iştirak eləmir. Bu qrupların da iştirak etməməsi demək olar ki, ərazisinin yarısından çoxunu terror qruplarının təşkil etdiyi Suriya üçün qorxulu bir haldır.
Bu görüşün keçirilməsi təqdirə layiq olsa da, amma tam şəkildə Suriya problemi həll olunmayacaq”.

Qeyd edək ki, Görüş Astanadakı “Rixos Prezident” otelində keçirilir.
Danışıqlarda iştirak etmək üçün Suriya müxalifətinin nümayəndələri və Suriya hökumətinin nümayəndə heyəti artıq Astanaya gəlib.
İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanadadır. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın