Menu
Geri İrəli

Avropaya rekord həddə qaçqın keçib

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2015 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur

“Avropaya rekord həddə qaçqın keçib

Beynəlxalq Miqrasiya Təşkilatı bu il Aralıq dənizindən rekord həddə- 432 min 761 nəfər qaçqın və miqrant keçdiyini bəyan edib.

“Qafqazinfo” azadlıq.org-a istinadən xəbər verir ki, bu rəqəm 2014-cü il ilə müqayisədə 2 dəfədən də artıq çoxdur.

Təşkilatın sentyabrın 11-də yaydığı məlumata görə, həftənin əvvəllərindən dənizlə Yunanıstana 309 min 356, İtaliyaya 121 min 139, İspaniyaya 2 min 166, Maltaya isə 100 qaçqın gəlib.
Bu, İkinci Dünya Müharibəsindən bu yana ən böyük qaçqın axınıdır.

BMT-nin qaçqınlar üzrə idarəsi həftənin əvvəllərində donor ölkələrdən 30,5 milyon dollar yardım istəyib.
Almaniya bu il ölkəyə 450 min qaçqın gəldiyini deyir ki, onların da 37 mini sentyabrın ilk həftəsində gəliblər.
Almaniya istirahət günləri gözlənilən qaçqınlara yardım üçün 4 min əsgər ayırıb.

Avropa Birliyi üzv ölkələrə ümumilikdə əlavə 160 min nəfərlik məcburi kvota qoyub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın