Menu
Geri İrəli

Azərbaycanlı İŞİD-çilər həbs olundu – Türkiyədə

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2015 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

151016125327_islamic_state_militants_624x351_afp_nocredit

Türkiyənin İstanbul, Ankara, Kocaeli, Sakarya, Antalya və Konya şəhərlərində anti-terror əməliyyatları keçirilib.

Konya şəhərində keçirilən əməliyyatlar zamanı 25 İŞİD terrorçusu Terrorla Mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu şəhərdə böyük miqyaslı terror aktı törətməyə hazırlaşan terrorçuların arasında 2 nəfər azərbaycanlı da olub. Hələlik təhlükəsizlik səbəbindən şəxsiyyətləri məxfi saxlanılan azərbaycanlı terrorçular bəzi hüquqi proseslərdən sonra Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil veriləcəklər.

Ötən gecə Türkiyədə bu istiqamətdə 6 saata yaxın davam edən anti-terror əməliyyatları zamanı 97 nəfər Terrorla Mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanlardan 2 nəfəri azərbaycanlı, 2 nəfəri rus, 7 nəfəri azyaşlı uşaq və 17 nəfəri qadındır.

Bundan başqa Suriyadan Türkiyənin Qaziantep vilayətinə keçməyə çalışan 17 İŞİD üzvü yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onların arasında da azərbaycanlı olması istisna olunmur.

Faktla bağlı araşdırmalar davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın