Menu
Geri İrəli

Azərbaycanlı killerdən 13 il sonra qisas alındı – Həbsdən çıxan kimi…

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2016 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur

hg

Rusiyada iki ay əvvəl ciddi rejimli koloniyadan azadlığa çıxan azərbaycanlı güllələnib.

Hadisə fevralın 12-si Sank-Peterburqda baş verib. Naməlum şəxslər avtomobildən düşərək həmyerlimizə atəş açıblar və o, yerindəcə keçinib. Daha sonra hüquq-mühafizə orqanları müəyyən ediblər ki, 52 yaşlı Yusifin ölümü 13 il əvvəl baş verən cinayətlə əlaqəlidir.

Məlum olub ki, Yusif 2003-cü ildə Moskvada qətl törətdiyi üçün həbs olunub. Həmin ildə həmyerlimiz 33 yaşlı Şamil Məmmədovu qətlə yetirib. Məmmədov kiçik pərakəndə ticarətlə məşğul olub və naməlum şəxslərlə ərazilərin bölünməsi ilə bağlı danışıqlar aparıb. Həmin ərəfədə Məmmədovun düşmənlərindən birinin tutduğu killer onu əvvəlcə boynundan bıçaqlayır, daha sonra sinəsinə və çiyninə tapançadan atəş açır. Son güllə isə başına vurulur.

Qətli törədən Yusif tutulur və 12 il azadlıqdan məhrum edilir. Qisas alınacağından qorxduğu üçün həbsdən çıxdıqdan sonra Moskvaya deyil, Sank-Peterburqa getsə də, qatili onu tapmağa nail olur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın