Menu
Geri İrəli

Azərbaycanlı qaçqın kimi “Yaşıl kart” alan erməni “QANUNİ OĞRU”: Mafiya pulları İrəvanda necə LEQALLAŞIR?

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur

Avqustun əvvəlində Kaliforniya polisi narkotik ticarəti ilə məşğul olan 12 nəfərlik cinayətkar dəstəni həbs etdi. Araşdırmalar 1980-ci illərdə Meksika mafiyası və Los-Ancelesin digər cinayətkar qruplaşmalarını özünə hörmət etməyə məcbur edən məşhur küçə dəstəri “Armenian Power”lə aptek narkotiklərini “qara bazar”a çatdırmış tibbi klinikalardan ibarət mürəkkəb cinayətkar sxem arasında güclü əlaqəni aşkar etdi.

Narkotiklər ABŞ sakinlərini öldürür. ABŞ-da ağrıkəsən vasitələrin demək olar ki, nəzarətsiz yayılmasına nail olmuş əczaçılıq lobbisinin gücü amerikalıların 80 faizi tərəfindən onların nəzarətsiz istehlakına gətirib çıxarıb. Halbuki, bu göstərici dünyada 5 faizi ötmür. Hakimiyyət və KİV “milli epidemiya” elan etdi. Nəticədə ABŞ prezidenti Donald Tramp böhranla əlaqədar olaraq 2017-ci il avqustun 10-da bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi daxil etdi.

Və bu təhlükənin tam miqyası deyil. ABŞ-da Xəstəliklərin qarşısının alınması və nəzarəti Mərkəzinin məlumatına görə, 1999-cu ildən başlayaraq dərmanlardan həddən artıq böyük dozada istehlakı ölkədə təxminən 560 min insanı həlak olmasına səbəb olub. Yalnız 2015-ci ildə süni opiatlarla həddən artıq böyük doza 42 min amerikalının həyatına son qoyub. 2017-ci ildə, statistikaya əsasən, ABŞ-da bundan hər gün 142 insan ölür. Narkomaniyanın öyrənilməsi üzrə Milli İnstitutun hesablamalarına görə, hazırda sintetik opiatlardan 2 milyondan çox amerikalının asılılığı var.

Məlumata görə, narkotik ticarəti ilə məşğul olan 12 nəfərlik cinayətkar dəstənin əksəriyyəti Kaliforniyada daim yaşayan Amerika erməniləridir. Onlara qarşı irəli sürülmüş ittihamnamədə deyilir ki, cinayətkarlar saxta tibbi müəssisələr tərəfindən yazılmış saxta reseptlər üzrə apteklərdən 2 milyondan çox opiat tərkibli həb alaraq onları “qara bazar”da satıb.

ABŞ-ın Baş prokuroru vəzifələrini icra edəni Sandra R. Braun qeyd edib ki, qanunsuz gəlirlərin əldə edilməsindən başqa, fırıldaqçı sxem Amerika millətinə böyük ziyan vuraraq epidemiyanın yayılmasını stimullaşdırıb.

Prokurorluğun məlumatına görə, 12 nəfərdən 7-si saxta tibbi klinikaların operatorlarıdır. Klinikalar oksikodon, vikodin, ksanaks və başqa narkotik tərkibli preparatların olduğu saxta reseptləri yazırdılar. Klinikalar vaxtaşırı açılır və bağlanırdı. Qalan saxlanılanlar cinayətkar qruplaşmada müxtəlif funksiyalar yerinə yetirirdilər. 36 yaşlı “Mayk Mazerati” ləqəbi ilə məşhur olan erməni Minas Matosyan qrupa rəhbərlik edirdi.

ABŞ hüquq-mühafizə orqanlarının versiyasına görə, Matosyan cinayətkar sxemi təşkil edib. O, korlanmış həkimləri tapır və onları saxta reseptlər yazmaq üçün işə götürürdü. Cinayətkar qrupun hər bir iştirakçısının öz vəzifəsi var idi. Məsələn, 52 yaşlı erməni Armen Simonyan saxta klinikaların şəbəkəsinin fəaliyyətini nəzarət edirdi, Qriş Sayadyan şəbəkənin bir neçə klinikasından reseptləri alır və bilavasitə malın yayılması ilə məşğul olurdu, Marissa Monteneqro və Elizabet Qurumcyan saxta reseptləri hazırlayırdı. Onun böyük bacısı Anait Qurumcyan və Minas Matosyanın kiçik qardaşı 30 yaşlı Hayk Matosyan “qara bazar”da narkotiklərin satışı üçün cavab verirdi.

Yuxarıda adı çəkilənlərdən başqa, cinayətkar sxemdə Sabrina Quberman, Frederik Menninq, Ceyms Uilson, Ralf Menninq və vəkil Fred Minassyan iştirak edirdi. Prokurorluğun məlumatına görə, sonuncu cinayətkar qrupu hüquqi sığınacağla təmin edirdi.

Qeyd edək ki, cinayət işinin bütün fiqurantları Los-Anceles və yaxınlıqdakı şəhərlərin sakinləridir. Bu şəhərlər son yüzillik ərzində ABŞ-da erməni diasporunun kompakt yaşadığı yaşayış məntəqələridir.

Məlumat üçün bildirək ki, “Armenian Power” (“Erməni gücü”) eyni adlı küçə dəstəsi əsasında 2000-ci illərdə Los-Ancelesdə yaradılmış çoxpilləli cinayətkar qruplaşmadır. Küçə dəstəsi 1980-ci illərin ortalarında erməni immiqrantlarını Latın Amerikasından olan cinayətkar qruplaşmalardan qorumaq üçün yaradılmışdı.

Dəstə zamanla narkotiklərin daşınması, qətllər, soyğunçuluq, oğurluq və qanunsuz oyunların təşkili ilə məşğul olan yaxşı silahlı və strukturlaşdırılmış kriminal təşkilata çevrilib. 1990-cı illərin sonlarında hərəkət edən avtomobildən rəqiblərin küçə qətlləri “Armenian Power”in vizit kartı olub. Hazırda “Armenian Power”in qərargahı Los-Ancelesin şəhərətrafı olan Qlendeyldə yerləşir. Buranın əhalisinin 70 faizini ermənilər təşkil edir. Müxtəlif qiymətlərdirmələrə görə, qruplaşmanın 250-dən 2 minə qədər üzvü var. Qruplaşmanın Meksika və afroamerikan mənşəli qruplaşmalarla yanaşı, Rusiya kriminalları, xüsusilə “qanuni oğru”la möhkəm əlaqələri var.

“Medicare” sığortaları ilə fırıldaq “Erməni gücü”nün yeni formatının klassik nümunəsi olub. Federal miqyasda onun təşkilatçılarından biri “Pzo” ləqəbli “qanuni oğru” Armen Kazaryan idi. O, 2013-cü ildə öldürülən Rusiya “qanuni oğru”su Aslan Usoyanın (“Ded Hasan”) qruplaşmasının nümayəndəsidir. 1991-ci ildə Armen Kazaryan üçün Rostovda “tacqoyma” mərasimi keçirilib. “Pzo” 1993-cü ilin dekabrında Rostovda erməni “qanuni oğrular” – Abo və Levanın qətlinin təşkilində şübhəli bilinir. 1995-ci ildə isə onun özü Moskvada ölümdən xilas olub. Snayperlə onun yanında duran “qanuni oğru” İşxan Sarkisyanı vurub. Kazaryan 1996-cı ildən ABŞ-da yaşayır. Bəzi məlumatlara görə, “Pzo”nun Ermənistan prezidentinin qardaşı Saşik Sarkisyanla mehriban münasibətləri var və ABŞ-da onun biznes lahiyələrini nəzarət edir.

Armen Kazaryan Qlendeyldə 1996-cı ildə “Erməni gücü” liderlərinin arasına girdi. Öz şərikləri Robert Tercinyan və David Mirzoyanla 25 ştatda 118 saxta klinikadan ibarət olmuş fırıldaqçı şəbəkəni təşkil ediblər. Nəticədə, “Medicare” tibbi proqramı 163, “Medicaid” proqramı isə 50 milyon itirib. Bəzi məlumatlara görə, ABŞ-da sığortalarla fırıldaqlar nəticəsində “Pzo”nun oğurladığı pulun bir hissəsi “Ded Hasan” kriminal cəmiyyətinə gedirdi. Daha əvvəl bildirilirdi ki, “Pzo” və onun cinayət yoldaşları tərəfindən oğurlanmış vasitələr bir hissəsi qanunsuz notarial aktlar və korrupsiya əlaqələrinin köməyi ilə leqallaşdırılırdı. Ancaq erməni tərəfi rəsmən bu versiyanı dəfələrlə inkar edib.

Məlumata görə, həbs olunan “Pzo”nun Ermənistana ekstradisiyası haqqında şayiələr yayılmışdı. Ancaq sonradan məlum oldu ki, o, Azərbaycandan qaçqın kimi “Green Card” (“Yaşıl kart”) alıb və Ermənistana ekstradisiya mümkün deyil.

Ömər Dağlı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın