Menu
Geri İrəli

Azərbaycanlı qadın İğdırda “bomba həyəcanı” yaşatdı

Müəllif: Sumqayitxeber.com • Tarix: 28 Avqust 2015 • Baxış sayı: 256 dəfə • Şərh yoxdur

igdir-beton-bariyerlerle-onlem-alinan-karakol-7637322_x_oPolis yolu bağladı.

Dünən azərbaycanlı qadın Türkiyənin İğdır şəhərində polislərə həyəcan yaşadıb.

“Haberler.com” saytına istinadla xəbər verilir ki, azərbaycanlı qadın polis bölməsinin yaxınlığında yerləşən beton baryerlərin yanına çemodanını qoyub.

Çemodanı görən polis əməkdaşları çemodanda partlayıcı qurğunun olmasından ehtiyatlanaraq əməliyyat keçiriblər.

Polis yolu bağlayıb və çemodanı partlatmaq üçün əməliyyata başlayıblar. Elə bu zaman hadisə yerinə gələn azərbaycanlı qadın çemodanını su almaq üçün mağazaya getdiyindən həmin yerdə qoyduğunu bildirib.

Çemodan qadına təhvil veriləndən sonra yol avtomobillərin hərəkəti üçün açılıb.

Qeyd edək ki, son zamanlar antiterror əməliyyatları ilə bağlı İğdırda jandarma və polis bölmələrinin yerləşdiyi binaların ətrafına beton baryerlər yerləşdirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın