Menu
Geri İrəli

Azərbaycanlı qadından Hatipoğluna sual – “Saç rəngləmək olar?”

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2016 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur

img2123000

Türkiyənin İstanbul şəhərindəki Sultan Ahmet meydanında Ramazan günlərində hər axşam məşhur ilahiyyatçı Nihat Hatipoğlunun aparıcılığı ilə canlı yayımlanan iftar proqramında azərbaycanlı qadına da sual vermək imkanı yaradılıb.

Onun verdiyi sual hər kəsi maraqlandırıb.

Azərbaycanlı bir qadın Nihat Hatipoğluna, “Məhərrəm ayında və Ramazanda saç kəsmək, boyamaq və toy etmək günahdırmı”-, sualını verib.

Bunun bir ənənə olduğunu və İslamda belə bir şey olmadığını söyləyən ilahiyyatçı “Bu bir ənənə ola bilər. Quran-i Kərimdə və sevimli peyğəmbərimizin hədislərində belə bir şey qeyd edilməyib”, – deyə qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın