Menu
Geri İrəli

Azərbaycanlı qızın sözləri Türkiyəni ağlatdı – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2017 • Baxış sayı: 761 dəfə • Şərh yoxdur

polisTürkiyədə yaşayan Günel Tahirli Cansu adlı azərbaycanlı qızın “Hürriyyət”in Feysbuk səhifəsinə yazdığı şərh məşhur xəbər portallarında tirajlanıb.

axar.az xəbər verir ki, Azərbaycan qızı, türk gəlini olduğunu bildirən Günel rus dilini bildiyi üçün məhkəmədə tərcüməçi işlədiyini qeyd edib və İzmir terrorunda şəhid olan qəhrəman polislə bağlı xatirəsini yazıb:

“Bir neçə həftə əvvəl məhkəməyə gecikirdim, lakin avtomobilimi park etməyə yer tapa bilmədim. Yaxınlıqda dayanmış bir polisdən kömək istədim. Öz maşınını kənara çəkib “Buyurun, bacı, buraya park edin”, – dedi. Avtomobilimi orada saxlayıb məhkəməyə getdim. Qayıdanda həmin polisə yaxınlaşıb təşəkkür etdim. Mənə dedi ki, “bacı, maşınınızın şüşəsində kağız var, onu götürərsiniz”. Dedim, “qardaş, cərimələyiblər məni?” Cavab verdi ki, “yox, cərimə yazmasınlar deyə, mən yazıb qoymuşdum”.

Həmin kağızı atmadım, maşında saxladım. İzmirdə terror baş verəndə o polis yadıma düşdü. Tez şəhid polisin fotosunu həyat yoldaşıma göndərdim. O, fotoya baxıb mənə polisin yazdığı kağızın şəklini çəkib göndərdi və “Hə, şəhid olan o polis sənə kömək edən Fethi Sekindir” yazdı.

Yaxşılıq heç vaxt unudulmur, türk xalqının fəxri! Allah rəhmət eləsin sənə, qardaşım”.

Qeyd edək ki, polis Fethi Sekin İzmirdə baş verən partlayışdan əvvəl terrorçuların qarşısını almaqla onlara niyyətlərini həyata keçirməyə imkan verməyib. Terrorçularla atışma zamanı şəhid olan polis onlardan birini öldürə bilib.

polis-2

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın