Menu
Geri İrəli

Baş nazir Rusiya ilə münasibətlərin düzəlməsinə görə Azərbaycana təşəkkür edib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2016 • Baxış sayı: 154 dəfə • Şərh yoxdur

33127439c7204d2cfb1f2e7a4830914e

Türkiyənin baş naziri Binali Yıldırım Türkiyə və Rusiya arasında münasibətlərdəki soyuqluğun aradan qaldırılması sayəsində səylərinə görə Azərbaycana təşəkkür edib.

B. Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib ki, Rusiya ilə münasibətlərdə önəmli irəliləyişlər var.

Baş nazir bir müddətdir, davam edən dolayı təmasların nəticə verdiyini bildirib: “Qarşılıqlı təmaslar Rusiya və Türkiyə arasındakı münasibətlərdəki buzların əriməsini təmin etdi. Hər iki xalq üçün uğurlu olsun. Münasibətlərin bu nöqtəyə çatmasında bir çoxlarının əməyi var. Xüsusən qardaşlarımız Azərbaycan, Qazaxıstan və bölgə ölkələrinin liderlərinə çoxsaylı səyləri üçün təşəkkür edirik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın