Menu
Geri İrəli

Binəli Yıldırımın xanımından Buse Terim və Arda Turana – Dost zəngi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2016 • Baxış sayı: 170 dəfə • Şərh yoxdur

buse-arda

Baş nazir Binəli Yıldırımın xanımı Semiha Yıldırımın Türkiyə millisinin baş məşqçisi Fatih Terim AÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra onun təhqir olunan qızı Buse Terimlə telefon danışığı olub.

Semiha Yıldırım Buse Terimə baş verən hadisəyə görə çox kədərləndiyini söyləyib.

O, 6 aylıq hamilə olan Terimə özünün və körpəsinin sağlığını düşünməli olduğunu, bu cür yazılara fikir verməməyi məsləhət görüb.

Baş nazirin xanımı həmçinin, Türkiyə-İspaniya matçında azarkeşlər tərəfindən dəfələrlə etirazla üzləşən Türkiyə millisinin kapitanı Arda Turanın anası Yüksəl Turanla da telefon vasitəsilə əlaqə saxlayaraq onu təsəlli edib.

semiha-yıldırım

Facebook Şərhləndirmə:

Şərhinizi yazın