Menu
Geri İrəli

Bir gecəyə qoyulan Stalinin heykəlini uçurdular

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 239 dəfə • Şərh yoxdur

pamyatnik-Stalinu2

Gürcüstanın Şorapani kəndində yerli hakimiyyət noyabrın 2-nə keçən gecə bir qrup şəxs tərəfindən qeyri-qanuni şəkildə ucaldılan İosif Stalinin heykəlini söküblər.

Bu barədə “Qruziya Online” respublikanın Zestafon rayon administrasiyasındakı mənbəyə istinadən məlumat verir.

Böyük Vətən müharibəsində həlak olanların xatirə lövhəsinin yanında ucaldılan heykəlin sökülməsi zamanı bir qrup fəal fəhlələrin işinə mane olamağa çalışıb. Sonradan hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Məlum olub ki, abidənin ucaldılmasının təşəbbüskarı Zestofan şəhərinin qanunvericilik məclisinin deputatı Koba Qoçaleişvildir.

Mənbənin verdiyi məlumata görə, o polislər tərəfindən saxlanılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın