Menu
Geri İrəli

Braziliyalı futbolçuları aparan təyyarə qəzaya düşdü – 81 ölü

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2016 • Baxış sayı: 699 dəfə • Şərh yoxdur

teyyare-futbolKolumbiyada göyərtəsində 81 sərnişin olan təyyarə qəzaya uğrayıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təyyarə Medelyin hava limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində Braziliyanın “Şapekoense” futbol klubunun üzvləri olub. İlkin məlumatlara görə, sərnişinlərin hamısı qəza nəticəsində ölüb.

“Univision” telekanalının məlumatına əsasən, təyyarədə 72 sərnişin və 9 ekipaj üzvü olub. Futbolçular Cənubi Amerika Kubokunun oyununda iştirak etmək üçün Medelin şəhərinə gedirmişlər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın