Menu
Geri İrəli

Cərrahlar ürəyindən “zuboçistka” çıxardılar

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur

14452409233234517994_1000x669

Qırx iki yaşlı Horatsio Rodriqesin üzərində yeddi saat davam edən cərrahiyyə əməliyyatı zamanı həkimlər onun ürəyində diş çöpü aşkar edib götürüblər. Xəstə bildirib ki, o diş çöpünü bir il əvvəl təsadüfən udub.

Horatsio Rodriqesə bu ilin yanvar ayında xəstəxanada səhvən sətəlcəm diaqnozu qoyulub. Xəstəliyin əsas əlaməti yüksək hərarət olub.

Həkimlər Horatsioya deyiblər ki, sətəlcəm nəticəsində ürək infeksiyası əmələ gəlib və ona antibiotik yazıblar. Xəstə çəkisini itirəndən və sinəsində yaranan ağrılardan sonra cərrahiyyə əməliyyatına razı olub.

Cərrahlar problemin xəstənin ürəyində olduğunu bildikləri üçün diaqnostik əməliyyat aparmaq qərarına gəliblər. Əməliyyat bu il Argentinanın paytaxtı Buenos-Ayresdə Fernandes xəstəxanasında aparılıb. Xəstəxananın baş cərrahı Fernando Sisero bildirib ki, bu onun çoxillik təcrübəsində ən inanılmaz hadisədir.

Yarıqdan qanı çəkəndən sonra həkimlər həmin an diş çöpü görüblər. Horatsi özünə gələndən sonra ona “tapıntı” haqqında danışıblar. O gülərək etiraf edib ki, ötən ilin sonunda diş çöpünü təsadüfən çərəz ilə udub.

Hazırda Horatso əməliyyatdan sonra bərpa olunur. Həkimlər bildiriblər ki, onun sağlamlığına təhlükə yoxdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın