Menu
Geri İrəli

Corc Soros yuanın devalvasiyasından xəbərdarmış – Bu ona milyonlar qazandırdı

Müəllif: Sumqayitxeber.com • Tarix: 15 Avqust 2015 • Baxış sayı: 376 dəfə • Şərh yoxdur

19117“Bloomberg” agentliyinə görə 28,2 milyard dolları olan Corc Soros Çinin nəhəng onlayn satış şirkəti “Alibaba”da olan payının hamısını satıb.

Avropa.info xəbər verir ki, satış 30 iyunda baş tutub. O, 60 min aksiyanı 4,88 milyon dollara satıb.

Qeyd edək ki, keçən həftə “Alibaba”nın səhmlərinin dəyəri 8% aşağı düşüb. Bu 2014-cü ilin sentyabrından bu yana şirkətin ən böyük düşüşüdür. Şirkətin dəyər itirməsi onun gəlirinin zəif templə inkişaf etməsinə bağlıdır.

“Alibaba”nın səhmlərinin əsas hissəsi Yaponiyanın “SoftBank”ına (31,75%) və “Yahoo”ya (15,27%) aiddir.

Corc Soros dünyanın məşhur valyuta oyunmbazı kimi tanınır. 1992-ci ildə onun birja oyunları Böyük Britaniyanı Avropa valyuta sistemindən çıxmağa məcbur etmişdi. O, dünyanın ən varlı 24 adamından biridir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın