Menu
Geri İrəli

Dünya mediası nə yazır? Rusiya-Türkiyə

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2016 • Baxış sayı: 408 dəfə • Şərh yoxdur

5555Türkiyə ilə Rusiyanın yenidən yaxınlaşması Qərbi narahat etməyə başlayıb. SİA xəbər verir ki, Qərb mediasının səfər barədə yazdıqları kifayət qədər maraq doğurur. Xarici qəzetlər Ərdoğan-Putin görüşünü “böyük olay” kimi vurğulayrkən, iki ölkənin iş birliyinin Qərb üçün yaradacağı risklər barədə də məqalələr gündəmə gətirilib.

Xəbər agentlikləri və yazılı media orqanları prezident Ərdoğanın səfərini yaxından izləyərkən, verilən şərhlərdə Türkiyə-Rusiya arasındakı iş birliyinin Qərb ölkələrinə yarada biləcəyi risklər haqqında daha çox fikirlər bildirilib. “Washington Post” ve “Financial Times” qəzetləri başda olmaqla, dünyanın ən nüfuzlu qəzetləri Sankt-Peterburq zirvəsinə geniş yer ayıraraq bu xəbərləri manşetlərə daşıyıblar. Belə ki, “Washington Post”un təhlilində Ərdoğan-Putin görüşü “böyük hadisə” kimi qəbul edilir, Türkiyənin beynəlxalq arenada daha müstəqil şəkildə fəaliyyət göstərəcəyi barədə xüsusi qeydlər aparılıb.

“Financial Times” də prezident Ərdoğanın ölkəsindəki dövlət çevrilişnin ardınca ilk xarici səfərini Rusiyaya etdiyini diqqətə alaraq, Ankara-Moskva yaxınlaşmasının Qərbi narahat etdiyini yazıb.

Türkiyənion “Sabah” qəzetində isə qeyd edilir ki, Moskvada adı açıqlanmayan bir türk diplomat adıçəkilən qəzetə “ABŞ ilə münasibətlərimiz son 50 ildə ən pis vaxtını yaşayır və bu Rusiya ilə yaxınlaşmağı vacib hala gətirir”, – deyə açıqlama verib.

“Wall Street Journal” qəzeti də Ərdoğanın Rusiya səfərinə toxunulub və qeyd edilir ki, “ölkəsindəki uğursuz dövlət çevrilişindən sonra Ərdoğan Vaşinqton və Brüsseli sərt şəkildə qınayaraq, hadisələrə dərhal reaksiya verməməkdə ittiham edib. Bu görüş isə Qərbə bir siqnaldır”.

ABŞ-ın mərkəzi media qurumlarından hesab olunan “Associated Press” agentliyi isə təqdim etdiyi təhlilində “Ərdoğan Avropa İttifaqı və ABŞ-a qarşı Rusiya kartını oynamaq istəyir” başlığını qoyub. Təhlildə bildirilir ki, Türkiyə Gülənin təhvil verilməsi üçün ABŞ-a təzyiqlər edir.

Fransanın AFP agentliyinin yayımladığı analizdə isə bildirilir ki, Rusiya Qərbin bu ölkəyə tədbiq etdiyi sanksiyalara, o cümlədən Ukrayna böhranına görə Türkiyə ilə münasibətlərini yaxşılaşdırmağa ehtiyac duyur.

İlngiltərənin BBC kanalının internet şəbəkəsində yer verilən digər təhlildə də Ərdoğanın Rusiyaya səfəri “Bu səfər Qərbi qorxuya salıb” başlığı ilə təqdim olunub.

Almaniyanın “Spiegel Online” internet qəzeti isə yazır ki, Ərdoğanın Putinlə görüşü super atmosferdə müşahidə olunub. Qeyd edilib ki, bu görüş hər iki ölkəyə kifayət qədər üstünlük qazandırır.

Avstriyanın “Heute” qəzeti görüşü “Qərbə qarşı əsrarəngiz evlilik” başlığı ilə təhlil edib. Qəzet yazır ki, Türkiyə ilə Rusiya arasındakı dostluq yenidən canlandı və Ərdoğanla Putin Qərbə qarşı bir yerdə “döyüşəcəklər”.

Polşanın “Wyborcza” qəzeti də iki liderin görüşünə yer ayıraraq yazının başlığını “Qərbə qarşı dostluq” qoyub.

Xatırladaq ki, ABŞ Türkiyə prezidenti Ərdoğanın Rusiya ziyarətini Vaşinqtonla Ankara arasındakı bağları zəiflətməyəcəyi düşüncəsindədir. Amerikanın xarici işlər naziri Elizabeth Trudeau bildirib ki, “Bizim Türkiyə ilə münasibətlərimizi zəiflədəcək yönündə şübhəmiz yoxdur”.

Rövşən Nurəddinoğlu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın