Menu
Geri İrəli

Dünyanın ən yaxşı 980 universiteti müəyyənləşdi – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2017 • Baxış sayı: 146 dəfə • Şərh yoxdur
Share Button

telebe00“İlk 20”-dəki universitetlərin siyahısında Amerika və İngiltərə öncüllük edir

İngiltərədə yüksək ali təhsillə bağlı yayımlanan “Times Higher Education (THE)” jurnalı “Dünyanın ən yaxşı universitetləri” siyahısını tərtib edib.

Siyahıda Türkiyədən də beş universitetin adı var. 980 universitetin yer aldığı siyahının başında İngiltərədəki Oksford Universiteti yer alır.

Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, Türkiyədən ilk 300-ə girən tək universitet isə İstanbuldakı Koç Universiteti olub. “Times Higher Education” jurnalı bu siyahını tərtib edərkən ali təhsil müəssisələrinin elmi araşdırmalarını, beynəlxalq fəaliyyət və statuslarını, gəlirlərindəki artımları, eləcə də keçən il siyahıda hansı yeri tutduqlarını nəzərə alır.

Sabancı və Bilkent Universitetləri ilk 400-də yer aldığı halda, Atılım və Boğaziçi Universitetləri də ilk 500-də yer alıb.

İndi isə keçək siyahıya… Jurnalın siyahısındakı ən yaxşı 20 universitetin siyahısı aşağıdakı kimidir:

1. Oxford University (İngiltərə)
2. Cambridge University (İngiltərə)
3. California Institute of Technology (ABŞ)
4. Stanford University (ABŞ)
5. Massachusetts Institute of Technology (ABŞ)
6. Harvard University (ABŞ)
7. Princeton University (ABŞ)
8.Imperial College London (ABŞ)
9. University of Chicago (ABŞ)
10. ETH Zurich – Swiss Federal Institute of Technology (İsveçrəe)
11. University of Pennsylvania (ABŞ)
12. Yale University (ABŞ)
13. Johns Hopkins University (ABŞ)
14. Columbia University (ABŞ)
15. University of California, Los Angeles (ABŞ)
16. University College London (İngiltərə)
17. Duke University (ABŞ)
18. University of California, Berkeley (ABŞ)
19. Cornell University (ABŞ)
20. Northwestern University (ABŞ)

Sevinc, musavat.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın