Menu
Geri İrəli

Dünyanın ən yaxşı tələbə şəhərləri məlum oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2017 • Baxış sayı: 144 dəfə • Şərh yoxdur

14871359105993243111_305x2052017-ci ildə dünyanın tələbələr üçün ən yaxşı şəhərləri beynəlxalq reytinqinə Monreal, Paris və London başçılıq edib.

Bu barədə Böyük Britaniyanın «QS Quacquarelli Symonds» şirkətinin hesabatında qeyd olunur.

Şirkətin çərşənbə günü açıqladığı reytinqdə tələbələr üçün dünyanın 100 ən yaxşı şəhərinin adı sadalanıb.

Ekspertlər 125 şəhəri təhlil ediblər, qiymətləndirmə 6 meyar üzrə aparılıb: şəhərin məşhurluğu, maliyyə baxımından münasibliyi, yerli universitetlərin reytinqi, tələbə tərkibinin beynəlmiləlliyi, işverənlərin fəallığı, həmçinin tələbələrin şəhər haqqında fikirləri.

Son göstərici 18 mindən artıq tələbənin sorğusunun nəticələrini özündə əks etdirir.

2012-ci ildə reytinq təsis olunduğu vaxtdan bu yana ilk dəfə olaraq Monreal birincilikdə Parisi qabaqlayıb (Fransa paytaxtı ikinci olub). Eyni zamanda London iki pillə qalxaraq üçüncü yerdə qərarlaşıb. ABŞ şəhərləri arasında daha çox Boston fərqlənib. Ona reytinqdə 8-ci yer verilib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın