Menu
Geri İrəli

Dünyanın ilk trilyoneri bu adam olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Noyabr 2015 • Baxış sayı: 251 dəfə • Şərh yoxdur

257

“Microsoft” şirkətinin banisi Bill Qeyts dünya tarixində ilk trilyoner ola bilər.

Bill Qeyts hazırda 77 milyard dollarlıq sərvətə malikdir. Amma belə davam etsə 25 il sonra onun sərvəti 1 trilyon dollara çata bilər.

Hazırda 58 yaşında olan Qeytslə bağlı verilən proqnozlar reallaşsa, o 83 yaşında dünyanın ilk trilyoneri adını qazanacaq.

“Credit Suisse” şirkətinin proqnozlarına görə, isə bizdən iki nəsil sonra dünyada ən az 11 trilyoner olacaq. Hesablamalara görə, iki nəsil sonra dünya əhalisinin yüzdə 20-i milyonçu statusuna layiq görüləcək. Bununlada milyarder “adi” hal kimi qəbul ediləcək.

1 trilyon dollarlardan hazırda dünyadakı bütün insanların hər birinə 140 dollar düşür.

2013-cü ildə ABŞ da olduqca qəribə bir hadisə baş vermişdi.

Belə ki, restoran müdiri olan Recci Toys adlı ABŞ vətəndaşı bir müddətlik olsa da sözün əsl mənasında bəxti gətirmişdi. Bir bank səhvən onun hesabına 4 trilyon dollar vəsait köçürmüşdü və o dünyanın ilk trilyoneri olmuşdur. Bunu görən Toysun etdiyi ilk şey ölkədə başqa trilyoner olub- olmadığını araşdırmaq olmuşdur.

O, hətta ABŞ hökumətinin dövlət borcunu ödəmək barədə təkliflə müraciət edib. Dövlət bunu əminliklə qəbul etsə də, bankın öz səhvini düzəltməsi onların sevincini gözlərində qoyur.


restoran müdiri Recci Toys

ANS PRESS hazırda “Forbes” jurnalının hesablamalarına görə dünyanın ən varlı insanlarının ilk beşliyini təqdim edir:

Dünyanın ən varlı adamı kimi tanınan, “Microsoft” şirkətinin səhmdarı və sabiq amerikalı iş adamı, ictimai xadim, xeyriyyəçi Bill Qeyts siyahıda liderlik edir. Onun sərvəti 2015-ci ilin martında 79,2 milyard dollara çatıb.


Bill Qeyts

Siyahının ikincisi, ərəb əsilli meksikalı iş adamı, Karlos Slim Heldir. Onun sərvəti 77.1 milyarddır.


Karlos Slim Hel

Üçüncü amerikalı iş adamı Eduard Baffettdir . O dünyada ən iri investorlardan biridir. Hesablamalara görə, sərvəti 2015-cu il martın 1-nə kimi 72,7 milyard dollar idi.


Eduard Baffett

Dördüncü yerdə Amansio Orteqa qərarlaşıb. Eks-prezidentin “Inditex” şirkətinin dünyanın 77 ölkəsində 5000 mağazası var. Bundan başqa, o qaz sənayesi, turizm və daşınmaz əmlaka investisiya qoyub.


Аmaniso Оrteqa

Beşlikdə son yeri Lourens Cozef Ellison yer alıb. O Nyu-York, ABŞ texnologiyaları üzrə ən böyük səhmdar, direktorlar şurasının sədri və direktoru, amerikalı iş adamıdır. Onun varı 54.3 milyarda qədərdir.


Lourens Cozef Ellison

Facebook Şərhləndirmə:

Şərhinizi yazın