Menu
Geri İrəli

Ərdoğan: “Hərbi çevriliş cəhdi barədə xəbəri yeznəmdən öyrəndim”

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2016 • Baxış sayı: 643 dəfə • Şərh yoxdur

erdogan_23745776“Hərbi çevriliş cəhdi barədə xəbəri yeznəmdən öyrəndim”.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

“Əlbətdə ki, sonra bunun təsdiqi gəldi, ancaq ilk dəfə bu barədə yeznəm məni məlumatlandırdı. Hətta əvvəl eşidəndə, buna ciddi fikir vermədim”, deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, baş vermiş hadisələrdə kəşfiyyatın nöqsanları üzə çıxıb: “Əks halda çevrilişə cəhdin qarşısını almaq mümkün olardı. Bu hadisələrin arxasında xarici ölkələr də dura bilər. Zaman gələcək, bütün bunlara aydınlıq gətiriləcək. Fətullah Gülənin terrorçu təşkilatı dövlət içində “paralel dövlət” qurub. Onların həyata keçirdiyi dövlət çevrilişi cəhdi uğursuz başa çatıb. Əminəm ki, yaxın günlər və həftələr ərzində yeni cinayətlərə əl atmağa çalışacaqlar. Lakin dövlətimiz və xalqımız bu kimi təşkilatlara qarşı birgə dayanıb. Bu birlik heç kimə öz məqsədinə nail olmağa imkan verməyəcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın