Menu
Geri İrəli

Ərdoğan kürdlərə səsləndi: “Gecənin birində qəfil gələ bilərik”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2017 • Baxış sayı: 115 dəfə • Şərh yoxdur
Share Button

erdoganTürkiyə və İrandan gələn təzyiqlər və atılan addımlara baxmayaraq, İraq Kürdüstan Regional Hökuməti (İKRH) bu gün müstəqillik üzrə referendumu keçirib.

Buna cavab olaraq Türkiyə bu həftə görəcəyi yeni tədbirləri təqdim etməyi planlaşdırır. İran isə artıq İKRH ilə sərhədini bağlayıb.

Prezident Recep Tayyip Ərdoğan referendumu sərt sözlərlə tənqid edərək, bununla bağlı lazımi tədbirlərin bu həftə içində bəyan ediləcəyini deyib.

Ərdoğan İstanbuldakı çıxışında bildirib: “Sərhəddə bu an sadəcə İraq tərəfinə keçidə icazə var. Bu həftə içərisində digər tədbirləri də bəyan edəcəyik. Və o addımlar da atılacaq. Və artıq giriş-çıxış, bunlar da bağlanacaq. Müxtəlif tədbirlərimiz var. Onları da ayrıca icra edəcəyik. Və bütün bunlarla birlikdə, Şimal İraq Regional Hökuməti görək, neftini hansı kanallarla haraya axıdıb və ya satacaq. Kran bizdədir. Kranı bağladığımız anda o iş də bitdi. Dövləti idarə edən bütün bunları nəzərə almalıdır.”

Türkiyə prezidenti siyasi, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində lazımi addımların atıldığını və heç bir şəkildə güzəşt edilməyəcəyini bildirib. “Gecənin birində qəfil gələ bilərik”-Ərdoğan hərbi müdaxilənin də nəzərdən keçirildiyinə eyhamla deyib.

virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın