Menu
Geri İrəli

Ərdoğan Moskvada məscid kompleksinin açılışına gedəcək

Müəllif: Sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2015 • Baxış sayı: 204 dəfə • Şərh yoxdur
cumhurbaskani-erdogandan-selahattin-demirtasa-iki-dava_1778882_720_400Fələstin lideri Mahmid Abbas, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bərpa edildikdən sonra sentyabrına 23-də istifadəyə veriləcək Moskva məscid kompleksinin açılışına qatılacaqlar. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müftilər Şurasının mətbuat xidmətinin rəhbəri Gülnur Qazıyeva bildirib.
“Açılış mərasimində demək olar, bütün müsəlman ölkələrindən nümayəndələr olacaq. Kifayət qədər sayda ali qonaqlar gəlir. Artıq Türkiyənin, Fələstinin və Qazaxıstanın birinci şəxslər gələcəklərini təsdiqləyiblər”, – deyə qurumun sözçüsü qeyd edib.
Məscid kompleksinin açılışı müsəlman dünyasının müqəddəs bayramlarından oolan Qurban bayramı ərəfəsinə təsadüf edəcək.
Məscidin ümumi sahəsi təmirdən sonra 18900 kvadrat metr olacaq (əvvəlki 964 kvadrat metr olub). Burada 10 min mömin eyni vaxtda ibadət edə biləcək.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın