Menu
Geri İrəli

Ərdoğanı və ailəsini qoruyan polislər FETÖ-çü çıxdı – ŞOK ƏMƏLİYYAT

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2017 • Baxış sayı: 387 dəfə • Şərh yoxdur

ankaraPolis Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Mühafizə Xidmətində əməliyyat keçirib. Lent.az sözcü-yə istinadən xəbər verir ki, FETÖ təşkilatı ilə əlaqəsi olduğu iddia edilən 19 xüsusi təyinatlı polis əməliyyat nəticəsində ifşa edilib. Onlardan ikisi rəis vəzifəsindədir.

Qeyd edək ki, mühafizə sistemindəki təmizləmə Türkiyədə bir neçə gündür davam edən və 9 mindən çox polisin işdən çıxarılması ilə nəticələnən silsilə çərçivəsində baş tutub. Bu şəxslər Türkiyə prezidenti və ailəsinin mühafizəsi ilə yanaşı prezident sarayı, yaşayış yeri, ofisi kimi obyektlərin də təhlükəsizliyinə cavabdeh olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın