Menu
Geri İrəli

Ermənistanın eks-deputatı: “Rusiyaya Qarabağı qaytarmağa icazə vermirlər”

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2017 • Baxış sayı: 87 dəfə • Şərh yoxdur
Share Button

 

Rusiya imperiyasının bərpası prosesi dayandırılıb, hətta prezident yenidən seçkilərdə namizədliyini irəli sürməyə qərar verməkdə belə çətinlik çəkir.
Bu sözləri Ermənistanın eks-deputatı Azat Arşakyan söyləyib.
“Rusiya bizi fəth edə bilməz, bu bizim üçün təhdid deyil. Qoy Ermənistana silah göndərsinlər, nüvə elektrik stansiyaları qursunlar. Onsuz da onların hamısını buraxıb buranı tərk edəcəklər. Ermənistana müharibə elan edə bilməzlər. Onlar Qarabağı Azərbaycana təslim etmək istərdilər, amma bunu da edə bilmirlər. Rusiya Ermənistanı ələ keçirib Qarabağı Azərbaycana verə bilməz. Çünki daha güclü qüvvələr ona icazə vermirlər. ABŞ və Avropa daha güclüdür. Rusiya tezliklə diz çökəcək. Hərçənd onsuz da heç zaman ayağa qalxmamışdı”, – Arşakyan bildirib.(Axar.az)
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın