Menu
Geri İrəli

Əsəd liderlərlə görüşmək istəyir: `Hər şeyə hazıram`

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Yanvar 2017 • Baxış sayı: 223 dəfə • Şərh yoxdur

esedSuriya prezidenti Bəşər Əsəd Qazaxıstanın Astana şəhərində keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak etməyə hazırdır.

AzVision.az “Haberturk”-ə istinadən xəbər verir ki, o, görüş zamanı hər bir məsələni müzakirə etməyə hazır olduğunu deyib: “Bəli, hazıram. Ancaq mənim mövqeyim bilavasitə konstitusiya ilə bağlıdır. Bu məsələni müzakirə etmək istəyirlərsə, konstitusiyanı müzakirə etməlidirlər”.

Əsəd, Qazaxıstan danışıqlarında kimlərin iştirak edəcəyi ilə bağlı suala aydınlıq gətirib: “Masada qarşı tərəfdən kimlərin olacağını bilmirik”, – deyə əlavə edib.

Dəməşqdə baş verən su böhranına toxunan Əsəd şəhərin əsas su mənbələrinin işğal edildiyini və ordunun vəzifəsinin bunları geri almaq olduğunu deyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın