Menu
Geri İrəli

Hamı Bakı vaxtı ilə saat 17:45-i gözləyir – Nə baş verəcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2017 • Baxış sayı: 2,358 dəfə • Şərh yoxdur

749477Bu gün “Böyük İyirmilik” sammiti çərçivəsində Almaniyanın Hamburq şəhərində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin görüşü keçiriləcək

Görüşün Bakı vaxtı ilə 17.45-də başlayacağı nəzərdə tutulub. Görüşdə Suriyadakı vəziyyət və Ukraynadakı böhran, habelə Rusiya XİN-in ABŞ-dakı mülkiyyətinin həbsinə dair məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Baş tutacaq görüşlə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Mübariz Əhmədoğlubildirdi ki, görüşdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münqaişəsinin müzakirə olunması ehtimalı yoxdur:

“Çünki iki dövlət arasında münasibətlər hədsiz dərəcədə gərgindir. Tramp hazırda prezident seçki kompaniyası dövründə verdiyi bəyanatlardan tamam əks bir mövqe nümayiş etdirir. Tramp proqnozlaşdırılmayan bir prezidentdir. Onun fikrincə, ABŞ Suriyada qələbə qazanmaq istəyirsə, gərək Rusiyanı cəzalandırsın. Eləcə də, Avropada mövqeyini möhkəmləndirmək istəyirsə, gərək Rusiya Avropadan uzaqlaşdırsın. Trampın Rusiya ilə bağlı mövqeyi budur. Ona görə, iki prezidentin görüşündə heç bir normallaşma gözləmirəm. Vəziyyət indiki kimi qala bilər. Yaxud, əksinə vəziyyət gərginləşə bilər. Ola bilər ki, Tramp Putinlə görüş vaxtı Ukraynada vəziyyət gərginləşsin. Yaxud, Suriyada yeni bir əməliyyat olsun. Ona görə, prezidnetlərin görüşünü iki ölkə arasındakı münasibətlərin normallaşmasına gətirib çıxaracağını düşünmürəm”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın