Menu
Geri İrəli

İki türk generalı Dubaya qaçarkən tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2016 • Baxış sayı: 544 dəfə • Şərh yoxdur

generallarFətullahçıterror təşkilatı(FETÖ) ilə əlaqədə şübhəli bilinən iki türk general BƏƏ-nin Dubay şəhərində tutulub.

“Xəzər Xəbər”un Anadolu Agentliyinə istinadən verdiyiməlumata görə, tutulanlar Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuçdur.

Məlumata görə, generallar Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Dubayda gizlənmək qərarına gəliblər.

Bu barədə məlumat əldə edən Türkiyə kəşfiyyatı və Xarici İşlər Nazirliyinin hərəkətə keçiblər və onların birgə səyi nəticəsində hər iki general Dubay aeroportunda tutulub. Onlar artıq Türkiyəyə gətirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın