Menu
Geri İrəli

İnsan başı köçürüləcək – Dünyada ilk

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2016 • Baxış sayı: 410 dəfə • Şərh yoxdur

9d5e8ddf1bc5c52293ddf4b22752fbbcDünyanın ilk insan başı köçürülməsi əməliyyatını həyata keçirməyə hazırlaşan italiyalı neyrocərrah Sercio Kanavero əməliyyatın Almaniyada baş tutacağını bəyan edib.

sumqayitxeber.com APA-ya istinadən xəbər verir ki, “Daily Star”-ın yaydığı xəbərə görə, həkim əməliyyatın keçiriləcəyi dəqiq tarixi açıqlamasa da, unikal transplantasiyanın Milad bayramınadək keçiriləcəyini bildirib (katolik Miladı – 2017-ci ilin dekabr ayı – red.).

Xatırladaq ki, rusiyalı proqramçı Valeri Spiridonov “Səma” adlandırılan layihədə iştirak etməyə razılığını verib. Verdinq-Xofman xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum Spiridonov müstəqil hərəkət etmək imkanından tamamilə məhrum olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın