Menu
Geri İrəli

İranda matəm elan olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Yanvar 2017 • Baxış sayı: 310 dəfə • Şərh yoxdur
revsancaniİranın keçmiş prezidenti, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun sədri Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib. Haşimi Rəfsəncani yanvarın 8-də ürək tutmasına görə xəstəxanaya aparılıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.
Novator.az bildirir ki, 1934-cü ildə doğulan Haşimi Rəfsəncani Qumda dini təhsil alıb. 1979-cu ilin fevralında baş vermiş islam inqilabının əsas ideoloqlarından olub. İnqilaba qədər hökumət əleyhinə fəaliyyətlərinə görə dəfələrlə həbsdə yatıb.
İran prezidenti postunu 1989-1997-ci illərdə tutmuş Haşimi Rəfsəncani 1980-1989-cu illərdə parlamentin sədri postunda çalışıb. Bir müddət isə dövlət başçısını – dini rəhbəri seçən Üləmalar Məclisinə başçılıq edib.
Haşimi Rəfsəncani yanvarın 10-da dəfn olunacaq. İranda 3 günlük matəm elan edilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın