Menu
Geri İrəli

İstanbulda “Atatürk” hava limanında 3 canlı bomba partladı: 36 ölü, 147 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2016 • Baxış sayı: 972 dəfə • Şərh yoxdur

dc5276242a3ad7f8f8dd65d978cd06c2 İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

APA-nın xəbərinə görə, bunu İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım deyib.

Bundan əvvəl ədliyyə naziri Bəkir Bozdaq bildirib ki, terrorçu avtomat silahla ətrafdakılara atəş açıb, sonra isə üzərindəki partladıcı qurğunu  işə salaraq partladıb.

NTV telekanalının məlumatına görə, hadisə şahidləri 4 silahlı şəxsin terminaldan çıxaraq qaçdığını görüblər.

Bundan başqa, aeroportun dayanacağında da atışmanın baş verdiyi bildirilir. Lakin bu xəbərə  hələlik rəsmi təsdiq  verilməyib.

“Assoşieyted Press” bundan əvvəl 50 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını bildirmişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın