Menu
Geri İrəli

İzmir terrorçusu həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2017 • Baxış sayı: 570 dəfə • Şərh yoxdur

terror-izmirDünən İzmir məhkəmə binası qarşısında terror aktı törədilmişdi.

Ölkə.Az xəbər verir ki, terror zamanı iki terrorçu öldürülmüşdü. Üçüncü terrorçu hadisə yerindən qaçmışdı.

Polis və güc strukturları terrorçunun axtarışına çıxmışdı.

Gecə saatlarında üçüncü terrorçu ələ keçirilib. Bir avtomobilin yük yerində gizlənən terrorçu həbs edilib.

Həbs vaxtı müqavimət göstərən terrorçunun əli və burnu qırılıb.

Qeyd edək ki, dünən İzmirdə məhkəmə binası qarşısında terror aktı törətmək istəyən terrorçuların planı baş tutmayıb.

Türk polisinin sayıqlığı nəticəsində terrorun qarşısı alınıb. 2 terrorçu qətlə yetirilib, üçüncü isə qaçmışdı.

Bir türk polisi və məhkəmə əməkdaşı şəhid olub, 7 nəfər yaralanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın